[b]Tanınmış məşqçi İsrail klubu ilə anlaşdı[/b]
21.08.2017 - 14:00
[b]Tanınmış məşqçi İsrail klubu ilə anlaşdı[/b]

İngiltərə yığmasının keçmiş baş məşqçisi Stiv Maklaren özünə yeni iş yeri tapıb. Apasport.az saytı xəbər verir ki, təcrübəli çalışdırıcı İsrailə köçüb.

 

Belə ki, Maklaren Təl-Əviv “Makkabi”sinin köməkçi-məşqçisi təyin edilib. Məlumat klub tərəfindən rəsmən açıqlanıb. 56 yaşlı mütəxəssis yeni iş yerində Yordi Kroyffa kömək edəcək.

 

Qeyd edək ki, əvvəllər “Tvente”, “Volfsburq”, “Midlsbro” və “Nyukasl” kimi klublarda çalışmış Maklarenin son iş yeri “Derbi Kaunti” olub. 

0