[b]Azərbaycan çempionu avrokubok üçün Mingəçeviri seçdi[/b]
21.08.2017 - 15:26
[b]Azərbaycan çempionu avrokubok üçün Mingəçeviri seçdi[/b]

Azərbaycan çempionu “Nur”un EHF kubokunun I təsnifat mərhələsində oyunlarının keçirilmə günü və başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qadın həndbolçulardan ibarət Mingəçevir təmsilçisi hər 2 görüşünə doğma şəhərdə çıxacaq.

 

Bu, İsveçin “Lugi” klubu ilə qarşılıqlı razılıq əsasında rəsmiləşib. Oyunlar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Sentyabrın 16-da baş tutacaq ilk görüşdə “Nur”, 1 gün sonra olacaq cavab qarşılaşmasında rəqib ev sahibi sayılacaq.

 

Hər 2 matç saat 17:00-da start götürəcək. 

0