[b]“Qarabağ” üçün sosioloq[/b]
21.08.2017 - 16:16
[b]“Qarabağ” üçün sosioloq[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçı tanınmış hakimə həvalə olunub. Apasport.az saytının məlumatına görə, avqustun 23-də baş tutacaq görüşün ispaniyalı referisi Adriano Undiano Mallenko futbol aləmində yetərincə məşhur simadı.

 

44 yaşlı ədalət təmsilçisi ixtisasca sosioloqdu. Futboldan kənar vaxtlarında bu sahədə çalışan Mallenko ispan dili ilə yanaşı, ingilis və fransız dillərini də bilir.

 

26 yaşında ikən İspaniya Primerasının ən gənc hakimi olan Mallenko 2004-cü ildən FİFA dərəcəsi alıb. O, DÇ-2010-nun final mərhələsində də iştirak edib. İspaniyalı bu yarışda qrup mərhələsinin 2, 1/8 finalın 1 matçında baş hakim olub.

 

Avropa və İspaniya miqyaslı bir sıra önəmli qarşılaşmalarda fit çalan Mallenko Azərbaycan yığmasının görüşünü də idarə edib. O, DÇ-2006-nın seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionundakı Azərbaycan – Polşa matçının baş hakimi olub. Mallenko yığmamızın 0:3 hesabı ilə uduzduğu görüşdə yığmamızın baş məşqçisi Karlos Alberto Torresi də texniki zonadan qovub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və kapitanı Rəşad Sadıov da həmin qarşılaşmanın iştirakçılarından olub.

0