[b]Mundialda Azərbaycanı təmsil edəcək cüdoçularla görüş - VİDEO[/b]
22.08.2017 - 10:04
[b]Mundialda Azərbaycanı təmsil edəcək cüdoçularla görüş - VİDEO[/b]

Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası da bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) geniş heyətlə təmsil olunacaq.

 

Azərbaycan Cüdo Federasiyasında dünya çempionatında ölkəmizin idman şərəfini qoruyacaq cüdoçular və məşqçilərlə görüş keçirilib. Görüşdə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımızın məşqçiləri mötəbər çempionatla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı məlumat veriblər.

 

Cüdoçularımız yaradılan şəraitə görə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini bildirərək, göstərilən bu etimadı dünya çempionatında da doğrulacaqlarına inandıqlarını qeyd ediblər. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov milli komandamızın üzvlərinə beynəlxalq yarışlarda göstərdikləri əzmkarlığa görə öz minnətdarlığını bildirib və bu uğurların davamı üçün federasiya tərəfindən daim qayğı göstəriləcəyini idmançıların diqqətinə çatdırıb.

 

“Cüdo TV”nin bu görüşdən hazırladığı videomaterialı sizə təqdim edirik:

0