[b]“Valensiya”da yeni futbolçu[/b] - FOTO
22.08.2017 - 10:32
[b]“Valensiya”da yeni futbolçu[/b] - FOTO

“Valensiya” heyətinə daha bir oyunçu qatıb. Apasport.az saytının məlumatına görə, “yarasalar” Joffrey Kondoqbia ilə gücləniblər.

 

Belə ki, La Liqa klubu İtaliya "İnter"inin futbolçusunu icarəyə götürüb. Razılaşmaya əsasən, fransalı dayaq yarımmüdafiəçisi qarşıdakı 2 ili “Valensiya”nın heyətində keçirəcək. İspanlar istəsələr, mövsümün sonunda 25 milyon avro qarşılığında 24 yaşlı futbolçunun transfer hüququna birdəfəlik yiyələnə bilərlər.


Qeyd edək ki, Kondoqbia yeni komandasında 16 nömrəli formanı geyinəcək.

0