SİZİN REKLAM BURADA

Kopenhagendə tarixi şans

Bu gün Çempionlar Liqasında pley-offun cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu mərhələdə təmsil olunan Azərbaycanın çempionu “Qarabağ” sabah meydana çıxacaq.

 

Beşqat ölkə çempionumuz səfərdə “Kopenhagen”in qonağı olacaq. Danimarka təmsilçisini evdə 1:0 hesabı ilə yenən Qurban Qurbanovun yetirmələri üstünlüyünü qorumağa çalışacaq.

 

Azərbaycan futbol tarixinə qitənin ən nüfuzlu klub turnirindəki ilk komanda kimi düşmək şansı əldə edən “Qarabağ”a istənilən hesablı bərabərlik də kifayət edir. Minimal fərqli, amma qollu yenilgi də təmsilçimizin lehinə olacaq.

 

Lakin səfərə yüksək əhval-ruhiyyə ilə yollanan Qurbanovun komandası Bakıda yendiyi rəqibi yenə məğlub etməyə çalışacaq. 19 il öncə 0:6 hesabı ilə uduzduğu Kopenhagendə tarix yazmağa köklənən çempionumuz vətənə qəhrəman kimi dönmək əzmindədi.

 

Tarix yazmaq şansı qazandığımız matç həm də diqqətçəkən məqamlarla yadda qalacaq. Belə ki, Azərbaycan klubları avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında 60-cı sınağına çıxacaq.

 

Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.  

 

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunu

23 avqust

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Alberto Undiano Mallenko

Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)

Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. “Tella Parken” stadionu

İlk oyun – 0:1

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10