[b]Yığmamızın hücumçusu “Bursaspor”a icarəyə verildi[/b]
22.08.2017 - 11:39
[b]Yığmamızın hücumçusu “Bursaspor”a icarəyə verildi[/b]

Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova icarəyə verilib. Apasport.az saytının məlumatına görə, iyunda “Bursa Böyükşəhər Bələdiyyəspor” klubu ilə müqaviləsini yeniləyən 19 yaşlı hücumçu karyerasını “Bursaspor”da davam etdirəcək.

 

I liqa təmsilçisi 179 sm boya malik Başnakova ilə 1 illik razılıq əldə edib. Hücumçunun icarə bitdikdən sonra "Çelenc Cup"ı qazandığı Superliqa klubuna qayıdacağı bildirilir.

 

“Bursaspor” təmsilçimizlə yanaşı, Azərbaycan voleybolu üçün tanış simalarla da anlaşıb. Belə ki, komandaya yeni mövsümdə “Azərreyl” və “Bakı”nın sabiq baş məşqçisi Ancelo Vercesi rəhbərlik edəcək. Həmçinin onun həyat yoldaşı, Bakının “Lokomotiv” klubunda oynamış və Super Liqada mükafat əldə etmiş belaruslu blokçu Vera Klimoviç də 2017/2018 mövsümündə “Bursaspor”un uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, əslən Belarusdan olan Nikalina “Bursa Böyükşəhər Bələdiyyəspor”un əvəzedici komandasına 2015-ci ildə “Azərreyl”in ikinci heyətindən yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın voleybolçusudu. 

 

0