[b]“Azərbaycan millisinin yaxşı heyəti var” - Lars Laqerbek[/b]
22.08.2017 - 15:14
[b]“Azərbaycan millisinin yaxşı heyəti var” - Lars Laqerbek[/b]

“Azərbaycan millisini qiymətləndirməmək olmaz”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.

 

Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsində növbəti görüşünü sentyabrın 1-də Azərbaycana qarşı keçirəcək.

 

Matçla bağlı yerli mətbuata açıqlama verən Laqerbek maraqlı fikirlər səsləndirib. O, millimizin güclü heyətə malik olduğunu qeyd edib: “Rəqib son 2 ildə FİFA reytinqində 60 pillə yüksələn komandadı. Onların yaxşı heyəti var. Azərbaycan millisində sabah Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək şansı olan “Qarabağ”ın bir neçə futbolçusu çıxış edir”.

 

Təcrübəli mütəxəssis Azərbaycanla qarşılaşmaya yaxşı hazırlaşacaqlarını vurğulayıb: “Bizim üçün asan olmayacaq. Həmin görüşə yaxşı hazırlaşmalıyıq. Bu, qələbə qazanmaq üçün vacibdi”.

0