[b]“Milan”dan növbəti transfer[/b]
22.08.2017 - 16:00
[b]“Milan”dan növbəti transfer[/b]

"Milan" daha bir futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytı xəbər verir ki, “rossonyerlər” “Fiorentina”nın hücumçusu Nikola Kaliniçlə gücləniblər.

 

Xorvatiyalı futbolçu 1 il müddətinə icarəyə götürülüb. “Milan” rəhbərliyi gələn yay 29 yaşlı forvardın transfer hüququna birdəfəlik yiyələnmək şansı qazanacaq.

 

Qeyd edək ki, Kaliniç "Fiorentina"ya 2015-ci ildə “Dnepr”dən keçmişdi. O, 2008-ci ildən dəvət aldığı Xorvatiya yığmasında 35 oyunda 14 qola imza atıb. 

0