SİZİN REKLAM BURADA

"Kopenhagen"in üzvləri "Qarabağ"la oyun haqda: 100 faiz hazırıq

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah "Kopenhagen"in qonağı olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu kimi, Danimarka təmsilçisi də bu görüşə böyük önəm verir.

 

"Kopenhagen"in futbolçuları sabahkı matçla bağlı klubun saytına qısa olaraq danışıblar. Onların hər biri "Qarabağ"la cavab qarşılaşmasına hazır olduqlarını bildiriblər.

 

Yussef Tutu: "Oyunun nə önəm kəsb etdiyini bilirik. Bizim üçün ən vacib məqam ilk qolu vurmaqdı".

 

Mikael Lüftner: "Sabahkı matça hazıram. Xoşbəxtlikdən, şənbə günü dizimdən aldığım zədə ciddi olmadı".

 

Yan Qrequs: "Mən optimistəm. Sabah axşam azarkeşlərimizin bizə böyük dəstəyini həyəcanla gözləyirəm".  

 

Peter Ankersen: "Zədədən sonra özümü yaxşı hiss edirəm. Amma hələ istədiyim formada deyiləm".

 

Pyer Benqtsson: "Hələ çox işləməliyik. Zədələri azaltsaq, yaxşı olar. İstənilən halda, sabahkı oyuna 100 faiz hazırıq".

 

Qeyd edək ki, "Tella Parken" stadionunda keçiriləcək “Kopenhagen” - “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10