[b]Yığmamız Belarusa uduzdu[/b]
23.08.2017 - 10:27
[b]Yığmamız Belarusa uduzdu[/b]

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Minskdə təlim-məşq toplanışında olan komandamız Belarus millisi ilə üz-üzə gəlib.

 

Oyun təmsilçimiz üçün uğurlu alınmayıb. Vüqar Əsgərlinin başçılıq etdiyi komanda belaruslu həmyaşıdlarına 0:2 hesabı ilə uduzublar.

 

Qeyd edək ki, komandalar arasında daha bir matçın keçirilməsi nəzərdə tutulub.

 

Mənbə: affa.az

0