[b]Azərbaycanın 21-ci pillə perspektivi[/b]
23.08.2017 - 11:30
[b]Azərbaycanın 21-ci pillə perspektivi[/b]

Bu gün keçirilən “Kopenhagen” – “Qarabağ” qarşılaşması Azərbaycanın UEFA reytinqinə təsir edə bilər. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin Danimarkadakı cavab oyunu xal hesabımızı zənginləşdirməlidi.

 

Səfərdə qazanılacaq qələbə 0,250, heç-heçə isə 0,125 xal gətirəcək. Lakin məğlubiyyətlə də qazanc əldə etmək olar.

 

Bunun üçün komandamız qol vurub, minimal fərqli hesabla uduzmalı və ya 0:1-ə üzülüb, penaltilər seriyasında sevinməlidi. Bir sözlə, mərhələ keçməlidi. Bu da aktivimizə 1,000 bonus xalı gətirəcək.

 

Təbii ki, qələbə ilə keçiləcək mərhələdə bu 1,250, heç-heçə ilə isə 1,125-ə bərabər olacaq.

 

Hazırda 17,625 xala malik Azərbaycan Avropada 23-cüdü. “Qarabağ” qalib gəlsə, bu rəqəm 18,875-ə, bərabərə qalsa isə 18,750-yə yüksələcək.

 

Hər iki halda – yəni uduzmadan mərhələ keçsək, Şotlandiyanı (17,625) və Rumıniyanı (18,650) arxada qoymaq mümkün olacaq. 21-ci olmaq şansına malik Azərbaycan “Qarabağ”ın məğlubiyyətlə mərhələ keçməsinə də sevinəcək. Belə vəziyyətdə yalnız Şotlandiyanı keçib, 22-ci pilləni qaytarmış olacağıq.

 

Qeyd edək ki, arzuolunmaz hal yaşansa, yəni bu gün xal qazanmasaq, yəni “Qarabağ” uduzub Avropa Liqasına düşsə də, mövqeyimiz dəyişməyəcək.

0