[b]“Qarabağ” ONun arzusunda[/b]
23.08.2017 - 12:13
[b]“Qarabağ” ONun arzusunda[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə Danimarkadakı oyunu “Qarabağ” üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Azərbaycanın beşqat çempionu qitənin ən nüfuzlu klub turnirində yubileyin astanasındadı.

 

Belə ki, Ağdam klubu Çempionlar Liqasında 9 qələbə qazanıb. Növbəti uğur sayca 10-cu olacaq.

 

Yubiley qələbəsini əldə etmək üçün “Qarabağ” Bakıda 1:0 hesabı ilə yendiyi rəqibi üstələməlidi. Ağdamlılar bunu bacarsa, 18-ci oyunda “10”a çatacaq.

 

Təmsilçimiz indiyədək bu turnirdə 6 heç-heçə edib və 2 dəfə uduzub. Rəqib qapısına 20 qol vuran “Qarabağ” 6 top buraxıb.

0