[b]“Həmişə olduğu kimi, daha güclü qayıdacam” - Ronaldo[/b]
23.08.2017 - 13:34
[b]“Həmişə olduğu kimi, daha güclü qayıdacam” - Ronaldo[/b]

İspaniya Superkubokunun “Barselona” ilə keçirilən ilk matçında hakimi itələdiyinə görə 5 oyunluq cəzalandırılan “Real”ın futbolçusu Kriştianu Ronaldonun sanksiyası qüvvədə qalıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubu İdman Administrativ Məhkəməsinə şikayət etsə də, onların etirazı qəbul olunmayıb.

 

Məsələyə biganə qalmayan Ronaldo bununla bağlı sosial şəbəkədə status paylaşıb: “Növbəti ədalətsiz qərar. Ədalətsizlik heç vaxt mənim üzərimdə üstünlük əldə edə bilməyəcək. Həmişə olduğu kimi, daha güclü qayıdacam. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

 

Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildən “Real”ın formasını geyinir.

0