[b]“Qəbələ”nin 3 problemi[/b]
23.08.2017 - 14:47
[b]“Qəbələ”nin 3 problemi[/b]

Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq “Qəbələ”nin heyətlə bağlı problemləri artıb. Klubdan apasport.az saytına verilən məlumata görə, İlqar Qurbanovla yanaşı, “qırmızı-qaralar”ın daha bir futbolçusu çempiona qarşı oynaya bilməyəcək.

 

Söhbət Elvin Məmmədovdan gedir. Təcrübəli yarımmüdafiəçi “Sumqayıt”la görüşdə dabanından zədələnib. Tibbi müayinədən keçən futbolçunun “Qarabağ”la oyunu buraxacağı dəqiqləşib.

 

Bundan başqa, Cavid Hüseynov da komandadan ayrı düşüb. Sağlamlığı ilə bağlı problemlə üzləşən kapitanın “Qarabağ”la qarşılaşmada meydana çıxacağı inandırıcı görünmür.

 

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Qarabağ” –“Qəbələ” matçı saat 20:30-da start götürəcək.

0