[b]Prosineçki heyəti açıqladı: İki oyun üçün 25 futbolçu[/b]
23.08.2017 - 15:00
[b]Prosineçki heyəti açıqladı: İki oyun üçün 25 futbolçu[/b]

Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin sentyabrdakı iki oyununa çağırılan futbolçular müəyyənləşib.

 

Baş məşqçi Robert Prosineçki qarşıdakı görüşlərə 25 futbolçu dəvət edib.

 

Bu oyunçular sentyabrın 1-də Oslo şəhərində Norveç, sentyabrın 4-də isə Bakıda San Marino ilə qarşılaşmalarda iştirak etmək şansı qazanıb.

 

Qapıçılar: Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”);

 

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”);

 

Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr), Təmkin Xəlilzadə (“Zirə”);

 

Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov (“Ayntraxt”, Almaniya).

 

0