[b]Azərbaycan millisi: Yayda nə dəyişdi?[/b]
23.08.2017 - 17:35
[b]Azərbaycan millisi: Yayda nə dəyişdi?[/b]

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki təxminən üç aylıq fasilədən sonra heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis cüzi dəyişiklikləri zəruri sayıb.

 

Bu gün açıqlanan heyətdə 25 futbolçu var ki, onlar da Norveç və San-Marino ilə sentyabrdakı seçmə oyunlara dəvət alıb. Sonuncu dəfə mayın 8-də açıqlanan heyətdə daha çox – 26 futbolçu var idi. Həmin oyunçular Şimali İrlandiyaya 0:1 hesablı oyunun hazırlıqlarına dəvətli idi.

 

Əsasən yay fəslini əhatə edən 3 ay 15 gün fasilə ilə açıqlanan iki heyət arasında sayla yanaşı, fərdlərdə də fərqlər diqqət çəkir. Şimali İrlandiya ilə matça çağırılanlardan üçü – Elvin Məmmədov, Eddi İsrafilov və Emin Mahmudov bu dəfə Prosineçkiyə lazım olmayıb.

 

Əvəzində isə xorvatiyalı iki yenilik edib. O, Mahir Mədətovu yenidən komandaya cəlb edib və Təmkin Xəlilzadəyə ilk dəfə yığma həyəcanı yaşadıb.

0