[b]PSJ-dən “Barselona”ya cavab: Di Mariya satılmır[/b]
23.08.2017 - 18:41
[b]PSJ-dən “Barselona”ya cavab: Di Mariya satılmır[/b]

PSJ-nin futbolçusu Anxel di Mariyanı heyətinə qatmaq istəyən “Barselona”nın arzusu reallaşmayacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu təklifi qəbul etməyib.

 

PSJ rəhbərliyi di Mariyanı “Barselona”ya buraxmayacağını bildirib. Bu isə kataloniyalıların narazılığına səbəb olub. Neymarın PSJ-yə keçidindən sonra qarşı tərəfin di Mariyaya görə “yox” cavabı verməsi “Barsa” rəhbərliyini özündən çıxarıb.

 

Qeyd edək ki, tərəflər arasındakı gərginlik PSJ Marko Verrattini “Barselona”ya satmayandan sonra yaranmışdı. 

0