[b]“Qəbələ” Cənubi Koreyaya yollanır[/b]
23.08.2017 - 18:08
[b]“Qəbələ” Cənubi Koreyaya yollanır[/b]

“Qəbələ”nin U-13 komandası Cənubi Koreyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, sabah Asiya qitəsinə yollanacaq komanda İnçxon şəhərində təşkil ediləcək yarışda qüvvəsini sınayacaq.

 

26 iştirakçı I mərhələdə 5 qrupda mübarizə aparacaq. Dörd qrupun hərəsində 5, birində 6 komanda çıxış edəcək. E qrupunda yer alan “Qəbələ” yerli “Qyeongiu Selekt”, Yaponiyanın “Nara”, Slovakiyanın “Nitra”, Fransanın “Versal” və Vyetnamın “Hue” klubları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 27-29-da baş tutacaq.
 

“Qırmızı-qaralar” avqustun 31-dək davam edəcək səfərə 18 futbolçu ilə yollanacaq. Bunlar Okan Təhməzli, Sənan Kərimov, Eşqin Əhmədov, Elmir Hüseynli, Elvin Qarayev, Mirimran Musayev, Murad Musayev, Şahin Şahniyarov, Ömər Qurbanov, Zəfər Bayramov, Samir Ağayev, Məmməd Muradov, İlkin Rəcəbli, Məhəmməd Fəhlulov, Sadiq Şəfiyev, Hüseynağa Səlimov, Rüfət Bədəlzadə və Murad Ələkbərovdu. 

0