[b]“Qarabağ”da itki[/b]
23.08.2017 - 23:21
[b]“Qarabağ”da itki[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə “Kopenhagen”lə qarşılaşan “Qarabağ” matçın ilk dəqiqələrində itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ağdamlıların haitili hücumçusu Donald Gerye zədələnib.

 

Matçın 5-ci dəqiqəsində zədələnən yarımmüdafiəçi həkimlərin köməyi ilə görüşü davam etdirməyə cəhd etsə də, bu, mümkün olmayıb. Gerye 11-ci dəqiqədə Əfran İsmayılovla əvəzlənib.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda hesab açılmayıb. 

0