[b]“Qarabağ”ın rəqibləri: “Çelsi”, “Atletiko”, “Roma” - YENİLƏNİB[/b]
24.08.2017 - 20:49
[b]“Qarabağ”ın rəqibləri: “Çelsi”, “Atletiko”, “Roma” - YENİLƏNİB[/b]

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünüb.

 

Monakoda təşkil olunan tədbirdə ilk dəfə Azərbaycan da təmsil olunub. Beşqat Azərbaycan çempionu “Qarabağ” qitənin ən güclü 32 komandası arasında yer alıb.

 

Qurban Qurbanovun yetirmələri bugünkü tədbirdə rəqiblərini tanıyıb. Çempionumuz “Çelsi”, “Atletiko” və “Roma” ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, Monakodakı Çempionlar Liqasının püşkatması həm də Gənclər Liqasına şamil olunur. Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandası da eyni rəqiblərlə bir qrupda çıxış edəcək.

 

Çempionlar Liqası

Qrup mərhələsi

 

A qrupu

“Benfika” (Portuqaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Bazel” (İsveçrə)

MOİK (Rusiya)

 

B qrupu

“Bavariya” (Almaniya)

PSJ (Fransa)

“Anderlext” (Belçika)

“Seltik” (Şotlandiya)

 

C qrupu

“Çelsi” (İngiltərə)

“Atletiko” (İspaniya)

“Roma” (İtaliya)

“Qarabağ” (Azərbaycan)

 

D qrupu

“Yuventus” (İtaliya)

“Barselona” (İspaniya)

“Olimpiakos” (Yunanıstan)

“Sportinq” (Portuqaliya)

 

E qrupu

“Spartak” (Rusiya)

“Sevilya” (İspaniya)

“Liverpul” (İngiltərə)

“Maribor” (Sloveniya)

 

F qrupu

“Şaxtyor” (Ukrayna)

“Mançester Siti” (İngiltərə)

“Napoli” (İtaliya)

“Feyenord” (Hollandiya)

 

G qrupu

“Monako” (Fransa)

“Porto” (Portuqaliya)

“Beşiktaş” (Türkiyə)

“Leypsiq” (Almaniya)

 

H qrupu

“Real” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya)

“Tottenhem” (İngiltərə)

APOEL (Kipr)

 

0