[b]“Qarabağ”la matçı yaxşı döyüşə bənzədərdim” – Stole Solbakken[/b]
24.08.2017 - 09:59
[b]“Qarabağ”la matçı yaxşı döyüşə bənzədərdim” – Stole Solbakken[/b]

“Qarabağ”la cavab oyununda yaxşı oynadıq. Son iki ev matçımızda olduğu kimi bu qarşılaşmada da yaxşı qol imkanları yaratdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Stole Solbakken deyib.

 

Təcrübəli mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçını dəyərləndirib: “Rəqib cəmi iki imkan əldə etsə də, bunun birini qola çevirdi. Biz indi elə mərhələdəyik ki, oyundan-oyuna daha yaxşı çıxış edirik. Bu dəfə vəzifənin öhdəsindən gələ bilmədik, üstəlik Santanderi də itirdik. Onun hansı müddətə sıradan çıxdığını müayinə göstərəcək. Ümumilikdə isə cavab matçından razı qaldım. Hər iki qarşılaşmada belə oynasaydıq, qrupa yüksələrdik. “Qarabağ”la matçı yaxşı döyüşə bənzədərdim”.

 

Qeyd edək ki, “Qarabağ” 1:2 hesabı ilə uduzsa da, ilk matçdakı 1:0 hesablı qələbə sayəsində qrup mərhələsinə yüksəlib.

0