[b]“Bu nailiyyət Azərbaycan futbolunda böyük tarixin ilk sətirləridi” – Rövnəq Abdullayev[/b]
24.08.2017 - 10:31
[b]“Bu nailiyyət Azərbaycan futbolunda böyük tarixin ilk sətirləridi” – Rövnəq Abdullayev[/b]

“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

 

Qurum rəhbəri “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini assosiasiyanın rəsmi saytına açıqlayıb: “Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridi. “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.

 

 

0