[b]Millimizin oyununun vaxtı dəyişdirildi[/b]
24.08.2017 - 10:37
[b]Millimizin oyununun vaxtı dəyişdirildi[/b]

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail – Azərbaycan oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, bu dəyişiklik avqustun 31-dəki görüşün başlama saatı ilə bağlıdı.

 

Buna İsrail Futbol Federasiyasının teleyayımla əlaqədar müraciəti səbəb olub. Qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 20:00-da deyil, 20:30-da başlayacaq.

 

0