[b]Azərbaycan Almaniyaya yenə qalib gəldi[/b]
24.08.2017 - 11:04
[b]Azərbaycan Almaniyaya yenə qalib gəldi[/b]

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız ölkəmizdə təlim-məşq toplanışında olan Almaniya ilə üçüncü dəfə üz-üzə gəlib.

 

Matç komandamızın qələbəsi ilə yekunlaşıb. Yığmamız rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Azərbaycan – Almaniya – 3:2

Ülviyyə Fətəliyeva (2323) – Yelizabet Paeş (2469) – 1:0

Zeynəb Məmmədyarova (2277) – Sara Hult (2449) – 0:1

Xanım Balacayeva (2282) – Yelena Levuşkina (2311) - 1:0

Nərmin Xələfova (2239) – Heynemann (2284) – 0:1

Gülnar Məmmədova (2357) – Fiona Sieber (2277) – 1:0

 

Beləliklə, ümumi hesabda Azərbaycan önə keçib – 2:1. İlk qarşılaşmada 4:1 hesabı ilə qalib gələn komandamız ikinci matçında 1,5:3,5 hesabı ilə məğlub olub. Komandalar daha 2 görüş keçirəcəklər. 

0