[b]8 pillə irəli: “Qarabağ” “Milan”ı da arxada qoydu[/b]
24.08.2017 - 12:01
[b]8 pillə irəli: “Qarabağ” “Milan”ı da arxada qoydu[/b]

Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda Azərbaycan təmsilçiləri də var.

 

Ölkəmizin ən yaxşısı “Qarabağ”dı. Danimarka “Kopenhagen”ini keçən Ağdam klubu xal hesabını 18,500-ə çatdırıb.

 

Söhbət yeni hesablama metodu ilə yığılan xallardan gedir. 2018-ci ilin yayına qədər olan dövrdə klub reytinqi köhnə, sonrakı vaxtda isə yeni prinsiplə hesablanacaq. Lakin indiki mövsümün nəticələri qarşıdakı illərdə istifadə olunacaq. Bu üzdən elə indiki reytinq də yeni metodla hesablanır. Düzdü, bəzi mənbələr hələ də köhnə qayda ilə hesablama aparır.

 

Lakin yeni üsulla hesablamada 18,500 xalı olan Ağdam təmsilçisi Avropada 67-cidi. Bir həftə əvvəl 75-ci olan “Qarabağ” 8 pillə irəliləyib.

 

Qurban Qurbanovun yetirmələri “Betis”, “Real-Sosyedad”, BATE, “Trabzonspor”, “Yanq Boyz”, “Milan”, Zaqreb “Dinamo”su və “Slovan”ı arxada qoyub.

 

Qeyd edək ki, digər Azərbaycan klublarından “Qəbələ” (5,250 xal) 173-cü, “Neftçi”, “Kəpəz”, “Xəzər Lənkəran”, “İnter” və “Zirə” (hamısı 3,725) 241-ci pillədə qərarlaşıb.

0