[b]4 qolla Çempionlar Liqasının 4-cüsü - FOTO[/b]
24.08.2017 - 12:20
[b]4 qolla Çempionlar Liqasının 4-cüsü - FOTO[/b]

Çempionlar Liqasının ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan çempionu “Qarabağ”ın əsas qol silahı Dino Ndlovu da yer alıb.

 

“Kopenhagen”lə pley-off mərhələsinin cavab oyununda vurduğu qolla komandasını qrupa daşıyan afrikalı legioner hesabını 4 topa çatdırıb.

 

Dino Çempionlar Liqasının bombardirləri siyahısında 3-cü yerə şərikdi. O, yalnız Skott Sinkleyr (“Seltik”) və Patrik Tvumasidən (“Astana”) geri qalır. Bu oyunçular 5 dəfə fərqlənib.

 

Daha üç oyunçu Dino qədər qola sevinib. Entoni Nvakaeme (“Hapoel” Beyer-Şeva), Markos Tavares (“Maribor”) və Andriya Pavloviç (“Kopenhagen”) 4 qola sevinib.

 

Hesabında 1 qol ötürməsi də olan Dino əlavə göstəricidə Tavareslə Pavlobiçi qabaqlayır. Nvakaeme 3 assist müəllifi olduğundan Ndlovu Çempionlar Liqasında 4-cüdü.

0