[b]Dino Ndlovu: Bir qolla iki yubiley[/b]
24.08.2017 - 13:18
[b]Dino Ndlovu: Bir qolla iki yubiley[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”ə 1:2 hesabı ilə uduzub, qrup mərhələsinə yüksələn “Qarabağ”ın futbolçusu Dino Ndlovu iki yubileyə imza atıb. Apasport.az saytının məlumatına görə, onun Danimarkada vurduğu qol afrikalı üçün yubiley əhəmiyyəti kəsb edib.

 

Belə ki, Ndlovu “Qarabağ”ın heyətində 20 qol vurub. Bu matçadək 19 dəfə fərqlənən hücumçu yubiley qolu ilə komandasını qrupa daşıyıb.

 

Bu, həm də Ndlovunun avrokuboklarda 5-ci uğurudu. Mövsümdə 4-cü, ümumilikdə 5-ci dəfə fərqlənən Ndlovu digər qollarından 11-ni Premyer Liqa, 4-nü ölkə kubokunda vurub.

0