[b]“Neftçi” - "Kəpəz" oyununun biletləri satışda[/b]
24.08.2017 - 14:24
[b]“Neftçi” - "Kəpəz" oyununun biletləri satışda[/b]

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək "Neftçi” – "Kəpəz” oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri 8-ci km qəsəbə stadionunun kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündü.

 

"N-KART” sahiblərinin bilet almalarına ehtiyac yoxdu, onlar oyun günü kartlarını təqdim etməklə, stadiona daxil ola bilərlər.


Qeyd edək ki, avqustun 25-də 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 20:30-da başlanacaq.

 

0