[b]Almanlar Bakıda üzüldü[/b]
25.08.2017 - 09:59
[b]Almanlar Bakıda üzüldü[/b]

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız ölkəmizdə təlim-məşq toplanışında olan Almaniya ilə dördüncü dəfə üz-üzə gəlib.

 

Bu matç da komandamızın aktivinə yazılıb. Yığmamız rəqibinə 3,5:1,5 hesabı ilə qalib gəlib.

 

Azərbaycan – Almaniya – 3,5:1,5

Zeynəb Məmmədyarova (2277) – Yelizabet Paeş (2469) – 1:0

Xanım Balacayeva (2282) – Sara Hult (2449) – 1:0

Nərmin Xələfova (2239) – Yelena Levuşkina (2311) - 0:1

Gülnar Məmmədova (2357) – Heynemann (2284) – 0,5:0,5

Ülviyyə Fətəliyeva (2323) – Fiona Sieber (2277) – 1:0

 

Beləliklə, ümumi hesabda Azərbaycan fərqi artırıb – 3:1.

 

Qeyd edək ki, ilk qarşılaşmada 4:1 hesabı ilə qalib gələn komandamız ikinci matçında 1,5:3,5 hesabı ilə məğlub olub. Üçüncü görüşdə isə yenə şahmatçılarımız qələbə qazanıblar – 3:2. Komandalar bu gün sonuncu oyununu keçirəcəklər. 

 

0