Vüqar Həşimov Pyotr Svidleri məğlub edib - FOTO
23.04.2008 - 18:01
Vüqar Həşimov Pyotr Svidleri məğlub edib - FOTO
Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil edilən şahmat üzrə Qran-Pri turniri çərçivəsində üçüncü turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın üzvü Vüqar Həşimov hesabat turunda rusiyalı Pyotr Svidlerlə qarşılaşıb. Ağa fiqurlarla oynayan həmyerlimiz reytinqə əsasən turnirin 4-cü şahmatçısı olan rəqibini 31-ci gedişdə məğlub edib. İlk qələbəsini qazanan və xallarının sayını 2-yə çatdıran qrossmeysterimiz liderlər qrupuna yüksəlib.


0