[b]Almanlar Bakını məğlubiyyətlə tərk etdilər[/b]
27.08.2017 - 10:01
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız ölkəmizdə təlim-məşq toplanışında olan Almaniya ilə sonuncu - beşinci dəfə üz-üzə gəlib.
Bu matç da komandamızın qələbəsi ilə yekunlaşıb. Yığmamız rəqibini 3,5:1,5 hesabı ilə məğlub edib.
Beləliklə, almanların Bakı toplanışı başa çatıb. Komandalar arasında keçirilən 5 görüşdən 4-nü isə Azərbaycan millisi qazanıb.
0
0