Pyotr Svidler: “Vüqar Həşimovun oyunundan çəkinirdim”
24.04.2008 - 10:02
Pyotr Svidler: “Vüqar Həşimovun oyunundan çəkinirdim”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin iştirakçısı Pyotr Svidler deyib. Yarışın 3-cü turunda həmyerlimiz Vüqar Həşimova məğlub olan Rusiya təmsilçisi bildirib ki, növbəti turlarda səhvləri təkrarlamamağa çalışacaq.
Vüqar Həşimov isə qalib gəldiyi oyun barədə bunları deyib: “Çox şadam ki, turnirdə ilk qələbəmi qazandım. Lakin bu, çox çətin oldu. Dördüncü turda qarşılaşacağım digər rusiyalı şahmatçı Ernesto İnarkiyevi də məğlub etmək niyyətindəyəm”.
Qeyd edək ki, qələbə sayəsində xalını 2-yə çatdıran V.Həşimov liderlər qrupunda yer alıb.
0