[b]Yığmamızın formasında yenilik - FOTO[/b]
30.08.2017 - 12:16
[b]Yığmamızın formasında yenilik - FOTO[/b]

Futbol üzrə Azərbaycan yığmasının formasında dəyişiklik edilib. Apasport.az saytı AFFA-nın feysbuk səhifəsinə istinadən xəbər verir ki, millimizin oyun formasının arxa, yuxarı hissəsinə Azərbaycan bayrağı əlavə edilib.

 

Yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və San-Marino ilə oyunlarda geyinəcəyi formalar da müəyyənləşib. Səfər və üçüncü oyun dəstimiz Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün skandinaviyalılara qarşı ev dəstində, yəni gör formada çıxış edəcəyik.
 

Robert Prosineçkinin yetirmələri San-Marino ilə Bakıdakı qarşılaşmaya da eyni formada çıxacaq.

0