[b]DÇ-2017: 43 saniyəlik döyüş - YENİLƏNİB[/b]
31.08.2017 - 12:19
[b]DÇ-2017: 43 saniyəlik döyüş - YENİLƏNİB[/b]

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın 4-cü günündə Azərbaycan millisinin 1 üzvü qüvvəsini sınayıb. O, startdaca büdrəyib.

 

Qadınlar

63 kq

Yığmamızın üzvü Gülsədəf Kərimova mübarizəyə 1/32 finaldan başlayıb. Həmyerlimiz ilk sınağında Anrikuelis Barriosla (Venesuela) üz-üzə gəlib. Rəqib tatamini qələbə ilə tərk edib. Kərimova cəmi 43 saniyəyə ippona düşüb.

 

Qeyd edək ki, dünya çempionatında hələlik 2 cüdoçumuz medal qazanıb. Təmsilçilərimizdən Orxan Səfərovla (60 kq) Rüstəm Orucov (73 kq) ikinci yeri tutub.

 

0