[b]Azərbaycan çempionunun oyunu ukraynalılara tapşırıldı[/b]
01.09.2017 - 10:42
[b]Azərbaycan çempionunun oyunu ukraynalılara tapşırıldı[/b]

Azərbaycan çempionu “Nur”un EHF kubokunun I təsnifat mərhələsində oyunları idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qadın həndbolçularımızın İsveçin “Lugi” komandası ilə oyunları ukraynalı referilərə tapşırılıb.

 

Belə ki, sentyabrın 16-da və 17-də Mingəçevirdə Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq görüşləri Marina Duplii və Olena Kavarina idarə edəcəklər.

 

Matçda Avropa Həndbol Federasiyasının nümayəndəsi isə Horatiu Kristian Belu olacaq. 

0