[b]Azərbaycan çempionu üçün nümunə: Legionerlərə yer yoxdu![/b]
01.09.2017 - 11:53
[b]Azərbaycan çempionu üçün nümunə: Legionerlərə yer yoxdu![/b]

İsveçin qadın həndbolçulardan ibarət “Lugi” klubunun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, EHF kubokunun I təsnifat mərhələsində Azərbaycan çempionu “Nur”un rəqibi olan komanda Avropa Həndbol Federasiyasına 18 oyunçu sifariş edib.

 

Mingəçevir təmsilçisindən fərqli, “Lugi” yalnız yerli həndbolçulara güvənəcək. Əgər “Nur” 14 rusiyalı və 1 milliləşdirilmiş “azərbaycanlı” sifariş etmişdisə, rəqib ancaq isveçlilərə güvənəcək.

 

Komandanın heyəti belədi: Cenni Karlson, Kaysa Dahlberq, Maya Dreyer, Ebba Engdahl, Esmeralda Fetahoviç, Anna Flodman, Elinore Yohansson, Olivia Löfqvist, Beatritse Nilsson, Ella Nilsson, İda Nilsson, Sara Olofssan, Yulia Olsson, Elsa Persson, Melissa Petren, Ebba Vallenberq, Klara Vestholm, Hedda Vollmark.

 

Qeyd edək ki, “Nur” “Lugi” ilə hər 2 görüşə Mingəçevirdə çıxacaq. Oyunlar sentyabrın 16-da və 17-də olacaq. 

 

0