[b]Qazaxıstanlı boksçu Kamran Şahsuvarlı ilə döyüşündən danışdı[/b]
01.09.2017 - 13:47
[b]Qazaxıstanlı boksçu Kamran Şahsuvarlı ilə döyüşündən danışdı[/b]

“Dünya çempionatında debütdəcə uğur qazanacağıma inanırdım. Amma finalda daha çox işləməliyəm”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin boksçusu Abilxan Amankul deyib.

 

75 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatının finalına yüksəlib. Yarımfinalda Azərbaycan yığmasının boksçusu Kamran Şahsuvarlını məğlub edən Amankul bildirib ki, qarşılaşma gərgin alınıb: “Əsas məqsədim Qazaxıstanın bayrağını yüksəltməkdi. Bunun üçün həlledici mərhələdə əlimdən gələn hər şeyi edəcəm. Yarımfinal döyüşümə gəlincə, elə də asan keçmədi. Kamran az zərbələr vurdu. O, əsasən müdafiədə çox işlədi. Finala yüksəlməklə məni milliyə dəvət edən məşqçilərin etimadını da doğrultdum”. 

0