[b]Cavid Hüseynov 50-yə çatdı[/b]
02.09.2017 - 10:02
[b]Cavid Hüseynov 50-yə çatdı[/b]

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Norveçlə keçirdiyi səfər qarşılaşması Cavid Hüseynov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin yarımmüdafiəçisi yubiley matçına çıxıb.

 

Belə ki, yığmamızın 0:2 hesabı ilə məğlub olduğu görüşdə start heyətində meydana daxil olan və 90 dəqiqə mübarizə aparan Hüseynov 50-ci dəfə millinin formasını geyinib.

 

Bu oyunlarda Cavidin hesabında 2 qol var.

0