[b]“Arxayınlaşmağa gərək yoxdu” - Azərbaycanla oyunun qəhrəmanı[/b]
02.09.2017 - 12:23
[b]“Arxayınlaşmağa gərək yoxdu” - Azərbaycanla oyunun qəhrəmanı[/b]

“Hiss edirəm ki, yaxşı oyun keçirmişəm. Komandama penalti qazandırdım və onu qolla nəticələndirdim”. Apasport.az saytının məlumatına görə, bunu Norveç millisinin hücumçusu Coşua Kinq deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edən skandinaviyalılar 2:0 hesablı qələbəyə seviniblər. Rəqibin heyətində 32-ci dəqiqədə penalti qolu ilə hesabı açan Kinq matçı dəyərləndirib.

 

O, yerli mətbuata açıqlamasında Almaniya ilə növbəti görüş öncəsi qələbənin önəmindən bəhs edib: “Neçə vaxt idi ki, qələbə qazana bilmirdik. Bu uğursuzluğa son qoymağımız yerinə düşdü. Ancaq qarşıda bizi Almaniyaya qarşı çox böyük sınaq gözləyir. Bu üzdən arxayınlaşmağa gərək yoxdu”.

 

Qeyd edək ki, Norveç sentyabrın 4-də Almaniyanın qonağı olacaq.

0