[b]“Bunu bayram etmək vaxtı deyil” – Ole Selnaes[/b]
02.09.2017 - 16:26
[b]“Bunu bayram etmək vaxtı deyil” – Ole Selnaes[/b]

“Azərbaycana qarşı baxımlı oyun doğru yolda olduğumuzu göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Norveç yığmasının yarımmüdafiəçisi Ole Selnaes deyib.

 

Ötən ilin oktyabrında yığmamızla Bakıda keçirilən qarşılaşmada hakimlərə kəskin etiraza görə 11 aylıq diskvalifikasiyaya məruz qalan Selnaes bu üzdən dəvət almasına baxmayaraq, dünənki matçda heyətə salınmayıb. Sentyabrın 4-də Almaniya ilə oyunda komandasına kömək edə biləcək 23 yaşlı oyunçu hətta qrup ikinciliyinə göz dikdiklərini bildirib.

 

Millimiz üzərində 2:0 hesablı qələbəni dəyərləndirən Selnaes hücumçularının meydandakı işini xüsusi vurğulayıb: “Komandamızın hücum xəttində çox təhlükəli olduğunu düşünürəm. Təbii ki, qələbə gözəl hissdi. Ancaq indi bunu bayram etmək vaxtı deyil. İstənilən halda sərgilənən oyun yığmamızı işıqlı gələcəyin gözlədiyini göstərdi. Bu, bizim üçün doğru istiqamətdə kiçik bir addım idi. Lars Laqerbekin millidə doğru işlər gördüyünə hər kəs şahid oldu. İnanıram ki, bu cür də davam edəcəyik. İstənilən səviyyəyə gəlmək üçün üzərimizdə hələ çox çalışmalıyıq. Daha çox xal toplamalıyıq. Əgər hələ də ikinci pilləyə şansımız varsa, bu yer uğrunda mübarizədən qopmamalıyıq”.

 

0