[b]Mundialın yekunu: 8-ci yer[/b]
02.09.2017 - 22:53
[b]Mundialın yekunu: 8-ci yer[/b]

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlar başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan cüdoçuları mundialı 4 medalla başa vurublar.

 

Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində yarışan Orxan Səfərov gümüş, 81 kq-da ölkəmizi təmsil edən Rüstəm Orucov və 100 kq-da çıxış edən Elmar Qasımov bürünc medal qazanıbsa, Hidayət Heydərovla Elxan Məmmədov bürünc medal uğrunda döyüşlərdə məğlub olaraq dünya çempionatını 5-ci yerdə bitiriblər.

 

Qadınlar arasında isə ən ağır çəkidə – +78kq-da mübarizə aparan İrina Kindzerskaya “bürünc”ə sahib çıxıb.

 

Bu nəticə ilə yığmamız ölkələr sıralamasında 8-ci olub.

 

Birinci pillədə isə 7 qızıl, 4 gümüş, 1 bürünc və 1 beşinci yerlə Yaponiya qərarlaşıb. İlk üçlüyü müvafiq olaraq Fransa (2-0-1-1) və Monqolustan (1-1-4-1) qapayıblar.

0