[b]“Məcidovla döyüşdə planlarımı həyata keçirə bilmədim” – qazaxıstanlı boksçu[/b]
03.09.2017 - 15:22
[b]“Məcidovla döyüşdə planlarımı həyata keçirə bilmədim” – qazaxıstanlı boksçu[/b]

“Asan döyüş deyildi. Hardasa səhv elədim, zərbə vurmaq məqamını əldən verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri qazaxıstanlı boksçu Kamşıbek Kunbabayev deyib.

 

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında +91 kq çəki dərəcəsində finalda həmyerlimiz Məhəmmədrəsul Məcidovla qarşılaşan və məğlub olan qazax idmançı döyüşü dəyərləndirib.

 

O, yerli mətbuata danışıb: “Düşünürəm ki, elə diqqətsizliyimə görə də məğlub oldum. Əsas məqsədim döyüşmək idi, sadəcə planlarımı həyata keçirə bilmədim. Müdafiəyə də daha çox diqqət yetirməli idim, çox “açılmağa” gərək yox idi. Çempion olmağı çox istəyirdim, ancaq əlimizdə nə varsa, ona qane olmalıyıq. Qarşıda hələ çox turnirlər olacaq, çalışacam ki, daha böyük uğurlar qazanım”.

0