[b]Azərbaycandan görünməmiş nailiyyət[/b]
04.09.2017 - 21:50
[b]Azərbaycandan görünməmiş nailiyyət[/b]

Azərbaycan millisi tarixinin yeni rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, seçmə mərhələlərdə ilk dəfə yığmamızın xal hesabı iki rəqəmli ədədlə ifadə olunub.

 

Belə ki, San-Marinonu məğlub edən komandamız aktivini 10 xala çatdırıb. Bu nəticə Avropa səviyyəsində aşağı göstərici olsa da, millimiz üçün görünməmiş nailiyyətdi.

 

Məsələ ondadı ki, AÇ-1996-dan beynəlxalq arenaya çıxan komandamız qrupda son sıralarda var-gəl edib və xal ehtiyatı ilə öyünə bilməyib. Əvvəlki 11 seçmə tsikldə ən yaxşı halda 9 xal toplamışıq. Bu da DÇ-2014-ün seçmə mərhələsinə təsadüf edib.

 

San-Marino ilə qarşılaşmayadək hesabında 7 xal olan millimiz qələbə ilə bu rəqəmi 10-a çatdırıb və 4 il öncəki rekordu 1 xal üstələyib. Qarşıda hələ iki matçı olan komanda Çexiya ilə ev və Almaniya ilə səfər görüşlərində rekordu daha da yaxşılaşdıra bilər.

 

Qeyd edək ki, 10 xalı 8 oyunda qazanan millimiz San-Marinodan 6 (1:0 və 5:1), Norveçdən 3 (1:0), Çexiyadan 1 (0:0) xal alıb.

 

turnir

oyun

xal

AÇ-96 

10

1

DÇ-98 

8

3

AÇ-2000 

10

4

DÇ-2002 

10

5

AÇ-2004 

8

4

DÇ-2006 

10

3

AÇ-2008 

12

5

DÇ-2010 

10

5

AÇ-2012

10

7

DÇ-2014

10

9

AÇ-2016

10

6

DÇ-2018

8

10

0