[b]Cüdoçularımızın Budapeşt zəfəri - VİDEO[/b]
05.09.2017 - 01:41
[b]Cüdoçularımızın Budapeşt zəfəri - VİDEO[/b]

Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan millisi üçün bir neçə maraqlı anla yadda qaldı. Apasport.az saytının məlumatına görə, ilk dəfə olaraq iki cüdoçumuz mundialın finalına çıxdı.

 

Orxan Səfərov və Rüstəm Orucov Budapeştdə gümüş medal qazandı. Ağır çəkili cüdoçularımız da dünya çempionatında inamlı təsir bağışladılar. Ağır çəkili qadın cüdoçuların mübarizəsində təmsilçimiz İrina Kindzerska və kişilərin yarışında Elmar Qasımov (100 kq) yalnız dünya çempionu olan rəqiblərinə uduzaraq bürünc medala layiq görüldü.

 

Milli komandamız Macarıstanda qazandıqları medalın əyarına görə 126 ölkə arasında 8-ci yeri tutdu. Dünya çempionatının son günü də Azərbaycan cüdosu üçün tarixi hadisə ilə yadda qaldı.

 

Budapeştdə, yarışın keçirildiyi arenada gələn il dünya çempionatını qəbul edəcək Azərbaycana rəmzi bayraq verildi. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim etdi.

 

Dünyanın tanınmış cüdo mütəxəssisləri, xarici ölkələrin federasiya rəhbərləri Azərbaycan cüdosunun uğurlarını xüsusi vurğuladılar.

 

Apasport.az saytı "CÜDO TV"yə istinadən Budapeşt mundialına həsr olunan maraqlı videomaterialı təqdim edir.

0