[b]“Səbail”dən ayrıldı, özünə yeni komanda tapdı[/b]
06.09.2017 - 18:41
[b]“Səbail”dən ayrıldı, özünə yeni komanda tapdı[/b]

Yayda “Səbail”lə müqavilə bağlayıb, daha sonra isə klubla yollarını ayıran Emin Cəfərquliyevin yeni komandası müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, sol cinah müdafiəçisi karyerasını I divizionda davam etdirəcək.

 

Belə ki, Cəfərquliyev yeni mövsümdən aşağı dəstədə çıxış edəcək “Binə” ilə anlaşıb.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu əvvəllər “Neftçi”, “Karvan”, “Bakı”, MOİK, “Simurq”, “Sumqayıt”, AZAL, “Araz Naxçıvan” və “Şuşa” klublarının da formasını geyinib. 

0