[b]“Qarabağ”a məşqdən öncə sürpriz qonaq - VİDEO[/b]
08.09.2017 - 00:00
[b]“Qarabağ”a məşqdən öncə sürpriz qonaq - VİDEO[/b]

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı “Çelsi” ilə matçın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün axşam məşqindən öncə komandanın düşərgəsində sürpriz ziyarət baş tutub.

 

Klubun prezidenti Abdolbari Goozal komandanı ziyarət edib. Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla da yaxından maraqlanıb. Daha sonra Abdolbari bəy Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib.

 

Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb.

 

Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb. 

 

0