“Bu variantı ağlıma gətirməmişəm” - Şəhriyar Məmmədyarov

“Bu turnirə çox ciddi hazırlaşmışıq. Düzünü deyim ki, I seçmə mərhələni keçə bilməyəcəyim variantı heç ağlıma gətirməmişəm. Bu yalnız başlanğıcdı”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

 

Gürcüstanın paytaxtı Tiflisdə şahmat üzrə Dünya Kuboku start götürüb. Yarışda Azərbaycanı Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Artıq hər 2 şahmatçımız 1/64 final mərhələsini uğurla adlayıblar. Onlar müvafiq olaraq, Li Quandjunu (Çin) və Xelqi Zeksunu (Farer adaları) 1,5:0,5 hesabı ilə məğlub edib.

 

Lakin II mərhələ şahmatçılarımız üçün çətin alınıb. Məmmədyarov ukraynalı Yuri Kuzubovla, Rəcəbov rusiyalı Vladislav Artemyevlə ilk 2 görüşü heç-heçə etdiyindən qalib bu gün tay-brekdə müəyyənləşəcək.

 

Məmmədyarov Rusiya mətbuatına bildirib ki, yarışda əsas məqsədləri mümkün qədər irəliləməkdi: “Ümid edirəm ki, yığmadakı komanda yoldaşım Teymur Rəcəbovla birgə mümkün qədər irəliləyəcəyik. Azərbaycanda şahmat çox yüksək statusa malikdi. Biz əbəs yerə iki dəfə komandalararası qitə çempionatını qazanmamışıq. Hərtərəfli dəstək hiss edirik”. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10