SİZİN REKLAM BURADA

“Azərbaycanda çempion tituluna iddia edə bilərik” - əfsanəvi məşqçi

“Hazırda yığmamızda sabitlik yoxdu. Bu da hazırlıqla bağlıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ümumrusiya Voleybol Federasiyasının vitse-prezidenti Nikolay Karpol deyib.

 

“Uraloçka”nın əfsanəvi məşqçisi Rusiyanın qadınlardan ibarət yığmasının Azərbaycanla Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlığını dəyərləndirib: “Yana Şerbaç zədədən sonra hələ tam bərpa olunmayıb. Tatyana Koşeleva və Natalya Qonçarova Qran-Prini buraxdıqlarından tam hazır deyil. Lakin indi qitə çempionatına məqsədyönlü hazırlıq gedir. Biz dünya voleybolunun liderlərinə uduzmuşuq. Özü də bərabər səviyyədə oynamışıq. Əgər düzgün bərpa olunsaq və hazırlaşsaq, Azərbaycan və Gürcüstanda keçirilən yarışda çempion tituluna iddia edə bilərik”.

 

Qeyd edək ki, Yaponiyada keçirilən Böyük Çempionlar kubokunda 4 oyuna çıxan Rusiya 3  dəfə uduzub.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10