Azərbaycanın voleybol yığmalarının növbəti dünya çempionatının təsnifat mərhələsində iştirakları təsdiqlənib
25.04.2008 - 15:04
Azərbaycanın voleybol yığmalarının növbəti dünya çempionatının təsnifat mərhələsində iştirakları təsdiqlənib
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın voleybol üzrə milli komandalarının növbəti dünya çempionatının təsnifat mərhələsində iştirakları təsdiqlənib. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Avropa Voleybol Konfederasiyasına faks göndərilib. Dünya çempionatının təsnifat mərhələsində həm qadın, həm də kişilərdən ibarət milli komandalarımız iştirak edəcək. Bu nüfuzlu turnirin final mərhələsi 2010-cu ildə keçiriləcək. Qadınlar arasında yarış Yaponiyada, kişilərin birinciliyi isə İtaliyada təşkil olunacaq.
0